16 Sentyabr 2024 22:50

Müdafiə nazirinə yeni müavin təyin edilib

Azadsöz.az  xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyində yeni təyinat olub. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

Qeyd  edək ki, Qurbanov Aqil Səlim oğlu 15 avqust 1986-cı ildə  Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr  təhsili alıb. 2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.

2015-2019-cu illərdə “PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub. Daha sonra “Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Ailəlidir. İki övladı var.