27 İyul 2024 03:24

“Göyçay” qəzetinə baş redaktor təyin edildi-FOTO

Azadsöz.az  xəbər  verir  ki,  Göyçay  rayon  İcra Hakimiyyətinin başçısı  Natiq  Ağayevin  müvafiq əmri ilə publisist və şair  Adil Vəli oğlu Məmmədov  “Göyçay” qəzetinin baş redaktoru  təyin edilib.

Qeyd  edək ki, Adil Məmmədov  1988-2017-ci illərdə Göyçay şəhəri Nizami adına 7 saylı tam orta məktəbin direktoru  vəzifəsində  çalışıb.