27 İyul 2024 08:20

Göyçayda Könüllülər Günü qeyd olundu-FOTO

Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətində 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibəti ilə görüş keçirildi.

Görüşdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, könüllülük fəaliyyətində iştirak edən gənclər və könüllü kimi fəaliyyət göstərmək istəyən namizədlər iştirak ediblər.

Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova Azərbaycanın davamlı inkişafına töhfə verən bütün könüllülərimizi təbrik edərək, xeyirxah və nəcib fəaliyyətlərində onlara yeni uğurlar arzuladı.

Z.Zeynalova ölkə başçısı İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və könüllü fəaliyyətinin çox önəmli olduğunu gənclərin nəzərinə çatdıraraq BMT Baş Assambleyasının təklifi ilə 1985-ci ildən etibarən hər il üzv ölkələrdə 5 dekabr- Beynəlxalq Könüllülər Günü kimi qeyd olunduğunu diqqətə çatdırdı.

Sonra könüllü kimi 2 ay müddətində fəaliyyət göstərən gənclərin hər birinə rayon icra hakimiyyətinin sertifikatları təqdim olundu.

Könüllülük fəaliyyətində iştirak edən gənclər onlara yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.