27 İyul 2024 03:51

“Ruhumun Ünvanı Şuşa”adlı tədbir keçirildi-FOTO

Azadsöz.az xəbər verir ki, 5 dekbar  2022-ci il  tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Ruhumun Ünvanı Şuşa”adlı  ədəbi-bədii gecə keçirildi.

Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllim və tələbə  kollektivi, Göyçay  rayonu R.Rza adına ev muzeyinin direktoru Solmaz Həsənova, Mədəniyyət işçiləri Həmkarlar İttifaqının Göyçay rayon təşkilatının sədri Nəriman Məlikov, kitabxananın əməkdaşları və  şəhid  ailələri  iştirak  ediblər.

Tədbir  Azərbaycan Respublikasının  Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimin  əziz xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri  giriş  sözü  ilə  açan Sevinc Qafurova qədim Şuşa şəhərinin tarixindən,yetişdirdiyi görkəmli şəxsiyyətlərdən, işğalından və bu günki qələbəsindən tədbir iştirakçılarına geniş məlumat verib.

Mərasimdə  çıxış  edən şəhid Abdulcəmil Bilalovun atası  Xəqani Bilalov, Ağdaş Regional Mədəniyyət İdarəsinin əməkdaşı Dəyanət Hüseynov  çıxış  edərək  44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi sayəsində tarixi Qələbə ilə başa çatdığını, bu Qələbənin  zabitlərimizin, əsgərlərimizin qanı bahasına qazanıldığını vurğulayıblar.

Daha sonra Göyçay rayon Mədəniyyət İdarəsinin əməkdaşları və Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri tərəfindən  ədəbi-bədii kompozisiya təqdim edilib.

Sonra Kitabxananın  direktoru Nərmin  Xəlilova çıxış edərək tədbirdə iştirak edən və tədbirin hazırlanmasında əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib. Tədbir  iştirakçıları  Şuşaya həsr olunmuş sərgiylə tanış olublar.

Sonda  qonaqlar  üçün çay süfrəsi təşkil olunub.