Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsinin iştirakçılarından biri, ölkəmizin suverenliyi uğrunda döyüşlərdə yaralanmış qazi Ümüd Azadovun bu gün doğum günüdür.
Bu münasibətlə İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nazim Həşimov, “Azadsöz.az” xəbər saytının təsisçisi və baş redaktoru Səbuhi Eltonlu, “Şirvanın səsi” və “Dövlət” informasiya agentliyinin əməkdaşı Gülşən Muradova və qazimizin yaxınları onun evində olublar.
Çay süfrəsi arxasında keçən görüşdə qazimiz II Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun qazandığı uğurlardan və bu yolda özünün vətənə olan sevgisindən, keçdiyi döyüş yollarından söhbət açıb.
Qeyd edək ki, Ümüd İlham oğlu Azadov 1996-cı il dekabrın 1-də Göyçay rayonunun Mirzəhüseynli kəndində anadan olub. Orta təhsilini Mirzəhüseynli kənd ümumi orta məktəbdə alıb.2015-2016-cı illərdə “N” saylı hərbi hissədə atıcı kimi xidmət keçib.
Ümüd Azadov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə könüllü olaraq qoşulub. Ağdərə və Suqovuşan uğrunda gedən döyüşlərin iştirakçısı olub.Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən güllə yarası alaraq qazi olub.