Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyevin 4 oktyabr 2022-ci il tarixdə imzaladığı sərəncamla, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçiləri “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif olunublar.
Təltif olunanlar sırasında Göyçay şəhər 5 saylı tam orta məktəbin tarix müəlliməsi Mikayılova Aytəkin Şahverdi qızı da var.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Mikayılova Aytəkin Şahverdi qızı “Əməkdar müəllim” fəxri adı ilə təltif edilib. A.Mikayılovaya Prezidentin dövlət təltifi təqdim olunub.
Xatırladaq ki, dövlət başçısının həmin sərəncamına əsasən, 54 nəfər “Əməkdar müəllim” fəxri adına, 79 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.