Azadsöz.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Bakıda keçiriləcək “Qarabağ” – “Frayburq” (Almaniya) matçına hakim təyinatları açıqlanıb.
Qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Aleksey Kulbakov olacaq. Ona yan xətt hakimləri qismində Dmitri Juk və Aleh Maslianka köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Dmitry Dmitryiev yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.