Azadsöz.az xəbər verir ki, Avropa Liqasında 5-ci turun oyunları keçirilib.Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti oyununa çıxıb.
Ağdam klubu Fransada “Nant”la üz-üzə gəlib. Bakıda bu rəqibini 3:0 hesabı ilə məğlub edən “Qarabağ”a qrupdan çıxmaq üçün heç-heçə də kifayət edirdi. Ancaq Ağdam təmsilçisi 90+4-cü dəqiqədə rəqibin vurduğu qolla 1:2 hesabı ilə uduzub.
Qrupun digər oyununda “Frayburq” “Olimpiakos”la 1:1 hesablı bərabərə qalıb və qrup birincisi kimi növbəti mərhələyə yüksəlib.
“Qarabağ” Avroliqada qrup mərhələsinin son turunda noyabrın 3-ü “Frayburq”la qarşılaşacaq.