Azadsöz.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, “Araz-Naxçıvan” futzal klubunun Qazaxıstan “Kayrat”ı ilə keçirməli olduğu yoldaşlıq oyunu ləğv olunub.
Bu qərar hər iki baş məşqçinin istəyi ilə qəbul edilib.
Buna səbəb bu gün keçirilmiş matçda Naxçıvan təmsilçisinin bir neçə futzalçının zədələnməsidir.
“Araz-Naxçıvan”ın heyətində Katatau və Andreu Varqas zədələnərək görüşü sona qədər davam etdirə bilməyib. Ölkə çempionu buna qədər Sineseni də analoji səbəbdən itirmişdi.
Qeyd edək ki, görüş oktyabrın 22-nə nəzərdə tutulmuşdu.