29 Noyabr 2024 19:36

Şəhid Ayaz Əhmədovun ildönümü qeyd edildi-FOTO

Azadsöz.az  xəbər  verir  ki,44 günlük  Vətən müharibəsində  qanı  ilə  tarix  yazaraq,  şəhidlik zirvəsinə  ucalan  Ayaz Elson oğlu Əhmədovun  ikinci ildönümü  İkinci Ərəbcəbirli kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, idarə, müəssisə və təşkilatların rəhbərləri, dindarlar, qazilər, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri,  kənd  sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev  çıxış edərək  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyib.Bildirib ki, 2020-ci ilin 27 sentyabrında başlayan, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən müharibəsi müstəqillik və dövlətçilik tariximizin olduqca mühüm səhifələrindən biri kimi hərb tariximizə, eləcə də xalqımızın yaddaşına əbədi yazıldı. 44 günlük müharibə nəticəsində şanlı Azərbaycan Ordusu  Prezident İlham Əliyevin rəhbərliyi  ilə 30 ildən artıq davam edən erməni işğalına birdəfəlik son qoydu.Hər bir Azərbaycan vətəndaşının  vətəninin qəhrəmanlarını tanımalı  olduğunu  və  onların keçdiyi həyat yolundan çox şeyləri öyrənmələrini diqqətə  çatdırıb. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim mənəvi borcumuz  olduğunu  vurğulayıb.

Daha  sonra  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov,YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və  digərləri  çıxış edərək, 44 günlük Vətən müharibəsində adını tarixə yazdıran Ayaz  kimi oğullarımızın döyüş meydanında göstərdikləri qəhrəmanlığın, şücaətin unudulmayacağını, hər zaman xatırlanacağını qeyd ediblər.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar. 

Sonra mərasim  şəhidimizin  məzunu  olduğu  Göyçay rayon  Ceyhun  İbrahimov adına  Ərəbcəbirli  kənd ümumi  orta  məktəbdə davam  edib.Məktəbin  Ayaz Əhmədov  adlandırılan sinfinə keçərək məktəblilərlə görüşmüş, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişlər. 

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq  ki, Ayaz Elson oğlu Əhmədov 2002-ci il martın 4-də Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində anadan olub.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsində iştirak  edib. Oktyabrın 6-dan, 7-nə keçən gecə  Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində dəfn olunub.Prezident İlham Əliyevin Sərəncamına əsasən, Ayaz Əhmədov ölümündən sonra “Vətən uğrunda”,  “Suqovuşanın azad olunmasına görə” və  “İgidliyə görə” medalları ilə təltif edilib.

Bir bir veya daha fazla kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 2 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

 

Bir 6 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir bir veya daha fazla kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 9 kişi ve ayakta duran insanlar görseli olabilir

Bir 1 kişi ve ayakta görseli olabilir

Bir 5 kişi, ayakta duran insanlar ve takım elbise görseli olabilir

Bir 7 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 16 kişi, oturan insanlar, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir bir veya daha fazla kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 9 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 3 kişi, çiçek ve açık hava görseli olabilir

Bir 1 kişi görseli olabilir

Fotoğraf açıklaması yok.

Ankara escort İstanbul Travesti Shemale İstanbul