20 Sentyabr 2024 03:52

Şəhid Ayaz Əhmədovun ildönümüdür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, Ayaz Elson oğlu Əhmədov  2002-ci  il   martın 4-də Göyçay  rayonunun İkinci  Ərəbcəbirli  kəndində  anadan olub. 2007-2016-cı illərdə Ceyhun İbrahimov adına Ərəbcəbirli kənd orta məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Göyçay Peşə Liseyində təhsil alıb.

O, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.2020-ci il sentyabrın 21-də Hərbi Komissarlıq tərəfindən təlimlərə çağırılıb. Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə topçu, baş atıcı və manqa komandiri vəzifələrini icra edib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsində iştirak  edib. Oktyabrın 6-dan, 7-nə keçən gecə  Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Ayaz Əhmədov ölümündən sonra “Vətən uğrunda”,  “Suqovuşanın azad olunmasına görə” və  “İgidliyə görə” medalları ilə təltif edilib.

 

Şəhid Ayaz Əhmədov😞💔 - YouTube

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com