Azadsöz.az xəbər verir ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Göyçay rayonunun Şəkər kənd sakini, 2001-ci il təvəllüdlü Məhərrəmov Elnur Nərbala oğlunun ailəsinin ağır ev şəraitində yaşadıqlarını nəzərə alan Göyçay rayon İcra Hakimiyyəti və “Şəhid Analarına Yardım” Fondu Şəkər kəndində ailə üçün yeni evin tikilməsini öhdəsinə götürüb.
7 oktyabr 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyevlə birgə şəhidin ailəsi üçün tikiləcək evə baxış keçirərək bəzi tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, Şəhidimizin ailə üzvləri üçün evin tikintisinə 2022-ci il oktyabrın 1-dən başlanıb.Tikilən ev 130 kv-lıq dörd otaqdan ibarət kommunal xidmətləri ilə bir yerdə olmaqla ailənin ixtiyarına veriləcək.