16 Sentyabr 2024 23:03

Şəhid Kənan Ömərlinin ildönümüdür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, Kənan Elxan oğlu Ömərli 1999-cu  il martın 8-də Göyçay rayonunun  Cəyirli kəndində anadan olub.2005-ci ildə Cəyirli kənd  tam orta məktəbin 1-ci  sinifinə  gedib. 2014-cü  ildə həmin məktəbin  9-cu sinifini  bitirərək, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olub.2018-ci ilin iyununda Həqiqi  Hərbi xidmətə çağrılıb, Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissəsində xidmət keçib. 2020-ci ilin yanvarında hərbidən təxris olunub.

Kənan Ömərli Gəncə Texnologiya Universitetinə qəbul olmağna  baxmayaraq,2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsində iştirak etmək üçün  döyüşə  yollanıb.Oktyabrın 6-da şəhid olub. Göyçay rayonunun Cəyirli kəndində torpağa  tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Kənan Ömərli  “Vətən uğrunda”,  “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

Fərid Məmmədov 🇦🇿🇹🇷 on Twitter: "Şəhid Kənan Ömərli 🇦🇿 06.10.2020 tarixində Ağdam istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına Şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Ruhu şad, məqamı uca olsun. #