19 Sentyabr 2024 05:20

Şəhid Eldar Şirinovun ildönümüdür- FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, Şirinov Eldar  Bağır oğlu 12 iyul 2001-ci ildə Göyçay rayonunun Çərəkə kəndində anadan olub. O, ailənin ən kiçiyi, iki bacının bir qardaşı idi. 2007-ci ildə Çərəkə kənd orta məktəbinin birinci sinfinə  gedib. Məktəbi bitirdikdən sonra, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə qəbul olub.

Eldar Şirinov 2019-cu ilin  iyu  ayında  Həqiqi Hərbi xidmətə çağırılıb.Beyləqan rayonunun “N” saylı kəşfiyyat bölüyündə  xidmət  edib. Xidmətdə  olan  zaman   2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsində iştirak  edib.Oktyabrın 6-da  Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göyçay rayonunun Çərəkə kəndində dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Eldar Şirinov  ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Eldar Şirinov: Ailənin tək oğul övladı idi

Eldar Şirinov: Ailənin tək oğul övladı idi

Ailənin tək oğul övladı – şəhid Eldar Şirinov | Hafta.az

Ailənin tək oğul övladı – şəhid Eldar Şirinov | Hafta.az

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com