20 Sentyabr 2024 03:59

Şəhid Pərvin Məmmədovun ildönümü qeyd olundu-FOTO

Azadsöz.az xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qanı ilə  tarix  yazaraq şəhidlik  zirvəsinə  ucalan Pərvin Rza oğlu Məmmədovun ikinci ildönümü Göyçayın  Yeniarx kəndində kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, RİH başçısı aparatının əməkdaşları, Milli Məclisin deputatı Sabir Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov   şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyib.44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə payı olan Pərvin Məmmədovun döyüş yolunun gələcək nəsillərə örnək olacağını, göstərdiyi şücaətin heç zaman unudulmayacağını qeyd edib. Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna, Pərvin  kimi minlərlə şəhidimizə, qazilərimizə borclu olduğumuzu dilə gətirib.Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırdığı mifi ilk gündən dağıdaraq, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Sabir Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov  və  digərləri çıxış  edərək  şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar. Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi barəsində danışıblar. Qeyd ediblər ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Pərvin Məmmədovda daim qəlblərdə yaşayacaq və onun əziz xatirəsi hər zaman yad ediləcəkdir.

Tədbirdə  məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. 

Daha  sonra  tədbir iştirakçıları  Yeniarx kəndində şəhidin  xatirə lövhəsinin açılışın  ediblər.

Şəhidimizin  adına  ehsan  süfrəsi  verilib.

Sonda  şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq  ki,Pərvin Rza oğlu Məmmədov 1994-cü il martın 30-da Göyçay rayonunun Yeniarx kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Ağdərə  istiqamətində  döyüşlərdə iştirak  edib.Oktyabrın 2-də Ağdərə döyüşləri zamanı şəhid olub.Göyçayda Yeniarx kənd qəbirstanlığında dəfn edilib.

Ölümündən sonra Prezident İlham Əliyevin  sərəncamı ilə“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Bir 10 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 9 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 7 kişi, ayakta duran insanlar, askeri üniforma ve açık hava görseli olabilir

Bir 7 kişi, ayakta duran insanlar, takım elbise ve açık hava görseli olabilir

Bir 7 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 7 kişi, ayakta duran insanlar, askeri üniforma ve açık hava görseli olabilir

Bir 9 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 7 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir


Bir 12 kişi, ayakta duran insanlar ve gökyüzü görseli olabilir

Bir 9 kişi, ayakta duran insanlar, çiçek ve açık hava görseli olabilir

Bir 9 kişi ve ayakta duran insanlar görseli olabilir

Bir 12 kişi ve ayakta duran insanlar görseli olabilir

Bir 6 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 8 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 9 kişi, ayakta duran insanlar, ağaç ve açık hava görseli olabilir

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com