20 Sentyabr 2024 01:33

Şəhid Xəyal Məmmədovun ildönümü qeyd olundu-FOTO

Azadsöz.az xəbər verir ki,  44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Xəyal Arif oğlu Məmmədovun  ikinci ildönümü  Göyçayın Birinci  Ərəbcəbirli kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini  Ədalət  Dövlətov, RİH başçısı aparatının əməkdaşları, Milli Məclisin deputatı Sabir Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov,  Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz  Rüstəmov,  idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ağsaqqallar, şəhid  ailələri, kənd  sakinləri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə  çıxış  edən  başçısının müavini  Ədalət  Dövlətov şəhidin ailəsinə baş sağlığı verib. Bildirib ki, Rəşadətli Azərbaycan Ordusu  2020-ci il  27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında müasir hərb tariximizə əsl qəhrəmanlıq dastanı yazdı. Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba niskilinə 44 gündə son qoyaraq ordumuzun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.Vətənin ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, düşmən tapdağında qalan torpağımızı canından keçərək azad edən  Xəyal  kimi oğullarımızla illər keçsə belə hər zaman qürur duyulacağını  diqqətə  çatdırıb.

Daha  sonra  Milli Məclisin deputatı Sabir Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz  Rüstəmov, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov çıxışlarında  Xəyal Məmmədovun qısa və şərəfli həyat yolundan bəhs olunub, xatirələr dilə gətirilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışılıb. 

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Mərasimin  sonunda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə  Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək  ki,  Xəyal Arif oğlu Məmmədov 1989-cu il  fevralın 13-də  İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. Ailəsi 1996-ci ildə Göyçay rayonunun  Birinci  Ərəbcəbirli  kəndinə köçüb.

2020-ci il sentyabrın 27-də  başlayan İkinci Qarabağ müharibəsində döyüşlərə qatılan Xəyal Məmmədov top komandiri olub. İlk olaraq Tərtər, daha sonra Ağdərə və Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib. Oktyabrın 2-də aldığı ağır güllə yarasından şəhadətə yüksəlib.Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində dəfn olunub.

Ölümündən sonra Prezident İlham Əliyevin  sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Bir 16 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 14 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 15 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 11 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 8 kişi, ayakta duran insanlar ve çiçek görseli olabilir

Bir 8 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 11 kişi, ayakta duran insanlar ve ağaç görseli olabilir

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com