20 Sentyabr 2024 06:41

Şəhid Səməd Abdullayevin ildönümü qeyd olundu

Azadsöz.az xəbər verir ki, 02 oktyabr 2020-ci il tarixdə torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan  Abdullayev Səməd Sədiyar oğlunun  ikinci ildönümü Göyçayın Qaraxıdır kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyib.Bildirib ki, Azərbaycan Ordusu Vətən müharibəsində qarşıya qoyulmuş vəzifənin öhdəsindən məharətlə gələrək Azərbaycan xalqının 30 illik Qarabağ niskilinə son qoydu. Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırdığı mifi ilk gündən dağıdaraq, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdiyini diqqətə çatdırıb.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıb.

Daha  sonra  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov çıxış  edərək şəhid Səməd Abdullayevin  qısa və şərəfli həyat yolundan bəhs edib, xatirələr dilə gətiriblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar.

Tədbirdə  məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidimizin  adına  ehsan  süfrəsi  verilib.

Sonda  şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq  ki, Səməd Sədiyar oğlu Abdullayev 2002-ci il iyunun 17-də Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub.Orta  təhsilini  Qaraxıdır  kənd tam orta məktəbdə  alıb. 2020-ci ilin iyul ayında   həqiqi hərbi xidmətə  çağrılıb.

O,  hərbi  xidmətdə olan  zaman 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə  qatılıb.Füzuli , Cəbrayıl və Ağdərə   istiqamətində  gedən döyüşlərdə  iştirak  edib.Senytabrın  29-da sonuncu dəfə valideynləri  ilə   danışıb.Oktyabrın 2-də Ağdərənin azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olub.Göyçayın Qaraxıdır kəndində dəfn olunub.

Ölümündən sonra Prezident İlham Əliyevin  sərəncamı ilə  “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com