“Azadsöz.az” erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan hökuməti Müdafiə Nazirliyinin təklif etdiyi layihə əsasında müntəzəm olaraq planlı hərbi təlimlərin keçirilməsi qərarını təsdiqləyib.
Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, ümumi və raket-artilleriya ixtisaslarına malik ehtiyatda olan hərbçilər təlimlərə cəlb olunacaq.
Təlimlərin nə vaxt başlanacağı tarix isə açıqlanmayıb.