Azadsöz.az xəbər verir ki, ürək tutmasından vəfat edən Göyçay rayonunun Hacalıkənd kənd sakini 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazar şəhidlik zirvəsinə ucalan şəhid Aslan Əliyevin atası Elman Əliyevlə vida mərasimi keçirilib.
Dəfn mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin rəisi Famil Əliyev, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və kənd sakinləri iştirak ediblər.
Evində cənazə namazı qılınıb, Elman Əliyevin ruhuna dualar oxunub və izdiham içində kənd qəbirstanlığında şəhid oğlunun məzarı yanında torpağa tapşırılıb.
Vida mərasimində rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyib.
Daha sonra kənd məscidində ehsan süfrəsi verilib.