06 May 2024 23:16

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda vətəndaş qəbulu keçirilib

Azadsöz.az xəbər verir ki, 06 sentyabrda  Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev növbəti dəfə vətəndaşları qəbul edib.

Qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd inzibati ərazi idairəsi üzrə nümayəndələr iştirak ediblər.

Keçirilən qəbul  zamanı  şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar  isə  növbəlilik əsasında qəbul ediliblər. 

Müraciət edən vətəndaşlar onlara  maddi yardım, torpaq,  məşğulluq və işlə təmin olunması  üçün  köməklik göstərilməsini bildiriblər.

Hər bir vətəndaşı dinləyən rayon rəhbəri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.