20 Sentyabr 2024 08:39

Kəlbəcərdə qəzaya düşən hərbçilərdən biri öldü – YENİLƏNİB (FOTO)

Azadsöz.az xəbər verir ki, Kəlbəcər rayonunda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlərin kimliyi müəyyənləşib.

Belə ki,  adları qeyd olunan hərbi qulluqçular qəza nəticəsində xəsarət alıb:

Elvin İxtiyar oğlu Nəsibov

Xəzər Hilal oğlu Vəzirzadə

Mehman Cəfərqulu oğlu Babayev

Müslüm Mürsəl oğlu Novruzov.

****

16:31

Azadsöz.az xəbər verir ki, mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Fuad Cəlal oğlu Əhmədov vəfat edib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən (MN) bildirilib.

Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərin nəzarəti altındadırlar.

“Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır”, – MN-dən bildirilib.

****

13:24

Azadsöz.az xəbər verir ki, Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib. 

Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub. 

Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.


 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com