Azadsöz.az xəbər verir ki, NASA-nın alimləri Yerə 225 milyon kilometr məsafədən lazer mesajı göndərildiyini açıqlayıb.
Xəbər verir ki, mesaj NASA-nın “Psyche” kosmik gəmisi ilə Yerə ötürülüb.
NASA-nın yaydığı məlumata görə bu uğur Marsa gələcək missiyaların başlanmasına kömək edə bilər. Bu inkişaf sayəsində yüksək keyfiyyətli şəkillər və videolar daha yüksək məlumat sürəti ilə ötürülə bilər.
Qeyd edək ki, lazer ilk dəfə istifadə edilmişdir. NASA əvvəllər yerdən kənar missiyalarla əlaqə saxlamaq üçün yalnız radio dalğalarından istifadə edirdi.