20 Sentyabr 2024 18:48

Bakıda bədii gimnastika üzrə Avropa kubokunun açılış mərasimi olub

Azadsöz.az xəbər verir ki, Bakıda bədii gimnastika üzrə təşkil olunan Avropa kubokunun açılış mərasimi olub.

Mərasimdə Azərbaycanın gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov iştirak edib.

O, ölkəmizdə gimnastika üzrə beynəlxalq yarışların yüksək səviyyədə təşkil edildiyini bildirib: “Milli Gimnastika Arenasında ilk Avropa kubokunun iştirakçılarını salamlayıram. Bakı gimnastika üzrə dünya və Avropa çempionatları, eləcə də, digər beynəlxalq yarışları yüksək səviyyədə təşkil edib. Birinci Avropa kubokunda qitənin 37 ölkəsinin idmançıları iştirak edir. Turnirin Təşkilat Komitəsinə görülən işlərə görə təşəkkür edir, bütün yarış iştiakçılarına uğurlar arzulayıram. Gimnastika Azərbaycanda populyar idman növünə çevrilib”.

Fərid Qayıbov Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın ölkəmizdə bu idman növünün inkişafındakı rolunu qeyd edib.

Qeyd edək ki, Avropa kuboku yeni formatı ilə fərqlənəcək. Proqrama əsasən, böyük fərdi gimnastlar “çarpaz-qarşılaşmalar” sistemi ilə mübarizə aparacaqlar. Bununla da onlar təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlmək üçün bir-biriləri ilə güclərini yoxlayacaqlar.

 

Avropa kubokunda qaliblər fərdi və çoxnövçülük proqramında, eləcə də, komanda hesabında müəyyənləşəcək.

Azərbaycanı “Yeniyetmələr” arasında fərdi proqramda çıxış edən Fidan Qurbanlı, İlahə Bahadırova, Gövhər İbrahimova və Şəms Ağahüseynova, böyüklər arasında fərdi yarışlarda Zöhrə Ağamirova ilə Kamilla Seyidzadə, qrup hərəkətlərində isə Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət komanda təmsil edəcək.

Bədii Gimnastika üzrə Avropa Kubokunun ümumi mükafat fondu 40 000 avrodur.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com