Azadsöz.az xəbər verir ki, 01 sentyabrda “Arvan” kitabxanasında Göyçaylı şair-publisist Aqil Kəngərlinin 50 illik yubileyi qeyd olunub.
Tədbirdə ilk olaraq Göyçay rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin yubilyara təbriki oxunub.
Daha sonra YAP Göyçay şöbəsinin sədri Sahib Şükürovun,Təhsil Sektorunun müdiri Rahib Burcalıyevin, Gənclər və İdman İdarəsinin müdiri Elşən Şirinovun , AYB sədri Anar Rzayevin təbrikləri dinlənilib və hədiyyələri təqdim olunub.
Görüşdə iştirak edənlər bildiriblər ki,12 kitab,900-dən çox məqalə müəllifi olan Aqil Kəngərli AYB,AJB üzvü olmaqla yanaşı,Türkiyə və İraq-Türkmən YB-nin də üzvüdür.A.Kəngərli 2017-ci ildə Prezident Təqaüdünə layiq görülüb.Bakıdan yubiley tədbirinə gələn,eləcə də video formatda qoşulan alimlər, şairlər Aqil Kəngərli yaradıcılığının çoxşaxəli olduğunu xüsusi vurğulayıblar.Qeyd olunub ki, A.Kəngərlinin şeirləri Almaniya, Rusiya, Türkyə, Özbəkistan və bir çox dillərə çap olunub.
Qeyd edək ki, Aqil Kəngərli 1 sentyabr 1972-ci ildə Göyçayda anadan olub. Göyçay şəhəri Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbdə oxuyub.1995-də BDU-nu,2002-ci ildə Müəllimlər İnstitutunu bitirib.Hazırda sözügedən məktəbdə Tərbiyə İşləri Üzrə Direktor Müavini vəzifəsində çalışır. 20-dən artıq mükafata,o cümlədən “Qızıl qələm”,” H.B.Zərdabi”,”Xalqın nüfuzlu ziyalısı”,”Vicdanlı qələm”, “Xəmsə”,”Əsrin ziyalısı”mükafatlarına layiq görülüb.