16 Sentyabr 2024 23:01

Ayaz Mütəllibov dəfn olundu

Azadsöz.az xəbər verir ki, Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov I Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət rəsmiləri, ictimai xadimlər, mərhumun ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, A.Mütəllibov uzun sürən xəstəlikdən sonra ötən gün 84 yaşında dünyasını dəyişib.