27 İyul 2024 11:51

Məşhur voleybolçumuzdan Ukraynaya dəstək

Azadsöz.az xəbər verir ki, voleybol üzrə milli komandamızın sabiq üzvü Yelena Şabovta Ukraynaya dəstək olub.

Özünün Feysbuk səhifəsində paylaşım edən Şabovta yazıb:

“Mən ukraynalıyam və orada baş verənlər haqda həqiqi informasiyaya malikəm. Orada mənim qohumlarım və uşaqlıq dostlarım yaşayır. Onların hamısı əsasən Ukraynanın şimal bölgəsindəndirlər. Mənim qohumlarım Ukrayna ordusunun sıralarındadırlar. Onlar nasist deyillər və sona qədər güclü Rusiya ordusuna qarşı savaşırlar. Qüvvələr nisbəti bərabər deyil. Bunu hamı bilir. Rusiya KİV-lərində yazılanlar tamamilə yalandır”.

Şabovta onu da yazıb ki, Ukraynada törədilənlərə görə 2 gündür ağlayır: “Mənim xalqıma qarşı baş verənlər terrordur. Mən yalnız özlərinin yalan xəbərlərini eşidən rus xalqını günahlandırmıram. Müharibə Rusiya bombardımanına qarşı dirəniş göstərən əsl Ukrayna ordusuna qarşı aparılır”.