23 Noyabr 2024 20:57

Azərbaycandan Türkiyəyə təbii qaz ixracının həcmi açıqlanıb

Azadsöz.az xəbər verir ki, 2021-ci ilin noyabrında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 42,93 faiz azalıb.

Bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) məlumat verib.

Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 1,617 milyard, ABŞ-dan 833,02 milyon, Azərbaycandan isə 607,5 milyon kubmetr təşkil edib.

Noyabr ayında Rusiyadan Türkiyəyə qaz ixracı 33,6 faiz azalıb, ABŞ-dan isə 100 faiz artıb.

2021-ci ilin noyabrında Türkiyəyə ümumi qaz idxalı ötən ilin noyabrı ilə müqayisədə 2,02 faiz azalaraq 5,048 milyard kubmetr təşkil edib. Türkiyə 3,021 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 2,028 milyard kubmetri isə mayeləşdirilmiş təbii qaz qismində alıb.
Ölkədə təbii qaz istehlakı 2020-ci ilin noyabrı ilə müqayisədə 5,63 faiz artaraq 4,867 milyard kubmetr təşkil edib.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul