16 Sentyabr 2024 23:18

Millimizin sabiq oyunçusu bu kluba keçdi

Azadsöz.az xəbər verir ki, millimizin sabiq yarımmüdafiəçisi Tuğrul Erat özünə yeni komanda tapıb.

29 yaşlı türk yarımmüdafiəçi karyerasını Almaniya “Alemanniya”sında (Regionlar Liqası) davam etdirəcək. Bu haqda klubun saytı məlumat yayıb. O, bu komandaya azad agent kimi keçib.

Qeyd edək ki, 2014-cü ilin martında Azərbaycanın A millisində debüt edən T.Erat komandamızda ümumilikdə 4 oyunda meydana çıxıb.