27 İyul 2024 06:51

“Barselona” yeni hücumçusu ilə müqavilə imzaladı-FOTO

Azadsöz.az  xəbər  verir  ki,  İngiltərinin “Vulverhempton” klubunun hücumçusu Adama Traore “Barselona”ya keçəcək.

Bu barədə öz “Twitter” səhifəsində İtaliyalı jurnalist Fabritsio Romano yazıb.

Belə  ki, Kataloniya klubu futbolçunu transfer etmək imkanı ilə mövsümün sonuna qədər icarə əsasında alacaq.

Qeyd  edək  ki, İspaniyalı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 20 oyuna çıxıb və 1 qol vurub.