27 İyul 2024 07:09

“Qarabağ”ın rəqibi hücumçusunu satdı

Azadsöz.az  xəbər  verir  ki,  Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Marsel” legioneri Dario Benedetto ilə yollarını ayırmağa qərar gəlib. Sport24.az xəbər verir ki, 31 yaşlı argentina hücumçu Vətəninə – “Boka Xuniors”a qayıtmaq qərarına gəlib.

Buenos-Ayres təmsilçisi futbolçunun keçidi üçün artıq “Marsel”lə razılaşıb. Transfer 2,5 milyon avroya başa gələcək.

Qeyd edək ki, “Qarabağ”ın “Marsel” ilə ilk görüşü fevralın 17-də səfərdə, cavab oyununu 24-də evdə baş tutacaq.