20 May 2024 10:24

Göyçay Peşə Liseyi şəhid Həsən Bayramovun məzarını ziyarət etdi

Azadsöz.az  xəbər verir ki, bu gün  44 günlük  Vətən  Müharibəsində şəhidlik zirvəsinə yüksələn  Həsən Ağaisa oğlu Bayramovun  anım günü  ilə  əlaqədar  Göyçay Peşə Liseyinin müəllim və tələbə kollektivi Göyçayda Şəhidlər Xiyabanını ziyarət edərək şəhidimizin məzarı üzərinə gül dəstələri düzüblər. 

Göyçay Peşə Liseyinin müəllim  kollektivi şəhid Həsən Bayramovun  keçdiyi  döyüş  yolundan,  qəhrəmanlıq  əzmkarlığından tələbələrə  danışıblar.