09 May 2024 05:17

Fərqliliyimiz Uğurumuzdur

Göyçay Peşə Liseyi ümummilli Liderin xatirəsini ehtiramla andı

Azadsöz.az xəbər verir ki, dünya şöhrətli dahi şəxsiyyət, qüdrətli dövlət xadimi, Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin xatirə günü ilə əlaqədar Göyçayda  silsilə tədbirlər keçirilir. Ulu Öndər Heydər Əliyevin rayonun sosial-iqtisadi inkişafındakı əvəzsiz xidmətlərini həmişə minnətdarlıq hissi ilə xatırlayan göyçaylılar dahi rəhbərin xatirəsini daim əziz tutur, ehtiramla yad edirlər.

Dekabrın 12-də Göyçay Peşə Liseyinin direktoru Zaur  Kərimov başda  olmaqla, liseyin müəllim kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini böyük ehtiramla yad ediblər.