Azadsöz.az xəbər verir ki, bu gün 25 oktyabr 2020-ci ildə 44 günlük Vətən Müharibəsində şəhid olan Göyçayın rayonunun Məlikkənd kənd sakini Qismət Yolçu oğlu Qasımovun ildönümü məzarı önündə qeyd olunub.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatı Sabir Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Həmçinin tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.Tədbirdə məktəblilərin şəhidlərə həsr olunan şeirlər dinlənilib.
Xatırladaq ki, oktyabrın 25-də Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qismət Qasımov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
***
00:00
Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən Müharibəsində şəhid olan Qismət Qasımovun ildönümüdür. Qismət Yolçu oğlu Qasımov 1993-cü ildə martın 5-də Göyçay rayonunun Məlikkənd kəndində anadan olub. Qismət Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak edib.
Qismət Qasımov 2020-ci il oktyabrın 25-də Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.Göyçay rayonunun Şıxbəy kəndində dəfn olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 15.12.2020-ci il, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qismət Qasımov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.