16 Sentyabr 2024 22:52

Məktəblilər Bayraq Muzeyində olublar

Azadsöz.az xəbər verir ki, bu gün  Göyçay rayonunun 5  saylı  tam orta  məktəbin şagirdləri  Göyçay Bayraq Muzeyində olublar.

Göyçay  Bayraq  Muzeyinin  direktoru Aqil İbrahimov şagirdlərə muzeydə  yer  alan Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyası , Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, Bayraq  Muzeyinə  baxış sosial izolyasiya qaydalarına uyğun keçirilib.