16 Sentyabr 2024 22:56

Şəhid İntizam Qaçayevin anım günü qeyd edildi-FOTOLAR (YENİLƏNİB)

Azadsöz.az xəbər verir ki, bu gün 23 oktyabr 2020-ci ildə  44 günlük Vətən Müharibəsində  şəhid  olan Göyçayın  rayonunun 2-ci Ərəbcəbirli kənd sakini İntizam Əkbər oğlu Qaçayevin  ildönümü məzarı önündə qeyd olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dindarlar, ağsaqqallar və  kənd sakinləri iştirak ediblər. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Hər bir Azərbaycan vətəndaşı Cənab Prezident İlham Əliyevin Qarabağ Azərbaycandır! ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etməklə yurd, Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdi.

Daha sonra tədbirdə iştirak  edənlər  şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıblar. Tədbirin  sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.

Xatırladaq ki, İntizam Əkbər oğlu Qaçayev 2001-ci il dekabrın 14-də Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində anadan olub.Ərəbcəbirli kənd orta məktəbini bitirib.2020-ci il yanvarın 8-də Vətənə xidmət  etmək üçün  hərbi xidmətə  gedib.

İntizam Qaçayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.Oktyabrın 23-də ə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə  şəhid olub. Göyçay rayonunda dəfn olunub.

Qeyd edək ki, Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntizam Qaçayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.