19 May 2024 10:35

Anton Krivotsyuk ehtiyatda qaldı

Azadsöz.az xəbər verir ki, Polşa çempionatında 12-ci turun oyunları keçirilib.Keçirilən oyunda Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə “Lex”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1:4 məğlubiyyətlə ayrılıb.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Visla” 12 turdan sonra 13 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.