Azadsöz.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Niftulla Əsgərov əməliyyat olunacaq.
Bu barədə aktyor Müşfiq Şahverdiyev instaqramda məlumat verib.
“Niftulla Əsgərov onkoloji xəstəlikdən əziyyət çəkir. İki gün sonra əməliyyata girəcək”, – o yazıb.
Bir müddət əvvəl Əməkdar artist ürəyinə stent qoyulduğunu açıqlamışdı.
Qeyd edək ki, 62 yaşlı N. Əsgərov Lənkəran Dövlət Dram Teatrının aktyorudur. O, “Qərib cinlər diyarında”, “Bığ əhvalatı”, “My name is İntiqam”, “Bayram axşamı” kimi filmlərdə, həmçinin “Xalxın evi” serialında rol alıb.