Azadsöz.az xəbər verir ki, delimitasiya və demarkasiya illərin işidir.
Bu barədə Ermənistan Milli Arxivinin keçmiş direktoru, tarix elmləri doktoru Amatuni Virabyan bildirib.
“1976-cı ilin xəritələri ilə demarkasiya nəticəsində “anklavlar” adlanan ərazilər, o cümlədən Tiqranaşen (Kərki kəndi – red.), Sevan (Göyçə gölü – red.) gölünün bir hissəsi, demək olar ki, 15 faizi və Sünikin (Zəngəzur – red.) bir hissəsi Azərbaycana veriləcək. Amma ola bilsin ki, başqa şey də razılaşıblar, deyə bilmərəm”, – deyə ekspert qeyd edib.