Azadsöz.az xəbər verir ki, rayonun Nəsimi kəndində yerləşən mağazadan 1300 manat nağd pul və əlavə olaraq danışıq kartlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törədən 2 nəfər yeniyetmə müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı onların Günəşli kəndi ərazisindəki digər bir mağazadan da nağd pul və tütün məmulatları oğurladıqları müəyyən edilib.
Araşdırma aparılır.