10 May 2024 02:47

Fərqliliyimiz Uğurumuzdur

Lerik yolunda qaya uçdu-FOTO

Azadsöz.az  xəbər  verir  ki, bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi baş verib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir  ki, qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub.

Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır.

 

Lerik yolunda qayaUÇDU