Azadsöz.az xəbər verir ki, IV və VI siniflərində təşkil olunacaq monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin böyük məsləhətçisi Fərid Cəfəri deyib.
O bildirib ki, ümumi təhsil müəssisələrinin IV və VI siniflərində təşkil olunacaq monitorinqlərdə üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün təkrar imtahanın təşkili nəzərdə tutulmayıb.