Azadsöz.az xəbər verir ki, Bakıda axtarışda olan qadın saxlanılıb.
Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidməti məlumat yayıb.
Bildirilib ki, Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş, hazırda axtarışda olan şəxs İlhamə Miraslan qızı Əhmədova saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.