27 İyul 2024 08:15

Bu gün şəhid Eldar Şirinov anım günüdür-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, bu gün 44 günlük  Vətən Müharibəsində  şəhid  olan Eldar Şirinov anım günüdür.Eldar Bağır oğlu Şirinov 2001-ci  il iyulun 12-də  Göyçayda  anadan olub.Azərbaycan Ordusunun əsgəri olan Eldar Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Eldar Şirinov oktyabrın 6-da şəhid olub. Göyçay rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Şirinov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ailənin tək oğul övladı – şəhid Eldar Şirinov | Hafta.az

Ailənin tək oğul övladı – şəhid Eldar Şirinov | Hafta.az