23 Noyabr 2024 17:58

Azərbaycan Lüksemburq ilə növbəti oyununu keçirib

Azadsöz.az xəbər verir ki, milli  yığmamız DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla qarşılaşıb.

İlk iki oyunda Portuqaliya (0:1) və Serbiyaya (1:2) uduzan Canni de Byazinin yetirmələri azarkeşlərini yenə məyus edib. İtaliyalı mütəxəssis ölkə xaricində çıxış edən azsaylı oyunçuları start heyətdən kənarda qoyub.

Yalnız Premyer Liqada oynayan futbolçuların ümidinə qalan milli cırtdan ölkə təmsilçisi qarşısında aciz qalıb. Lüksemburqlular artır ilk yarıda vurulan iki qolla matçın taleyini həll edib.

Fasilədən sonra millinin aparıcı futbolçularını meydana buraxan Canni de Byazi oyunda dönüş yaratmağa çalışıb. Fəallığı artıran yığmamız yalnız qollardan birinin əvəzini çıxıb. Emin Mahmudov cərimə zərbəsindən yaxın küncü dəqiq nişan alıb. Bununla da yığmamız seçmə mərhələdə artıq 3-cü məğlubiyyətini alaraq sonuncu pillədə qalıb.

Qeyd edək ki, millimiz sentyabrın 4-də İrlandiyanın qonağı olacaq, üç gün sonra Portuqaliyanı qəbul edəcək.

Ankara escort İstanbul Travesti Shemale İstanbul