20 May 2024 06:03

Günel Məmmədhəsənova Mehriban Əliyevanın doğum günü ilə bağlı paylaşım etdi-FOTO

Azadsöz.az  xəbər  verir  ki, “Naigin K Tovuz Baltiya” şirkətinin icraçı direktoru Günel Məmmədhəsənova Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.  

Günel Məmmədhəsənova bununla bağlı “Facebook”   hesabında paylaşım edib.

“Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, milyonlarla insanın sevgisini və rəğbətini qazanmış, Prezident İlham Əliyevin ən etibarlı dayağı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.

Bu gözəl gün münasibətilə Mehriban xanımı səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətində, dövlətçiliyimizin inkişafında, xalqın rifah halının daha da yaxşılaşdırılmasında davamlı uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram. Cənab Prezidentimiz başda olmaqla, Allah Sizi, dövlətimizi, xalqımızı qorusun”.

 

Açıklama yok.