Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadsöz.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik becərən rayonun Qarayazı kənd sakini Xanlar Həsənov saxlanılıb.
Onun yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilən zaman yarım tikilinin içərisində aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 77 kiloqramdan artıq olan 33 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
Araşdırma zamanı X.Həsənovun narkotik tərkibli bitkiləri həm şəxsi istifadəsi, həm də satış məqsədilə mart ayında becərdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.