Azadsöz.az xəbər verir ki, “Made in Azerbaijan” markası ilə öz rəqabətə davamlı və keyfiyyətli məhsullarını beynəlxalq bazarlarda tanıdaraq, yüksək peşəkarlıqla satışını həyata keçirən “Naigin K Tovuz Baltiya” şirkətinin növbəti qonağı millət vəkili Müşfiq Məmmədli olub.
“Naigin K Tovuz Baltiya” şirkətinin icraçı direktoru Günel Məmmədhəsənova millət vəkilimizə şirkətdə istehsal olunan müxtəlif şərab və şərab məhsullarının bar-miksologiya sahəsində istifadə qaydası və mövcud olan potensialı haqqında geniş məlumat verib.Həmçinin şirkətin məhsullarından dadmağı təklif edib.
Görüşün sonunda Müşfiq Məmmədli ona göstərilən hörmət və diqqət üçün şirkətin icraçı direktoru Günel Məmmədhəsənova təşəkkürünü bildirib.“Naigin K Tovuz Baltiya” şirkətinə daxili və xarici bazarda yüksək alıcı qüvvəsinin olmasını arzu edib.
Günel xanım Məmmədhəsənova millət vəkili Müşfiq Məmmədli ilə bağlı fikirlərini özünün sosial hesabında paylaşıb:
Hörmətli millət vəkilimiz Müşfiq müəllim :
Hörmətli Műşfiq müəllim, Sizə ve Sizinlə bərabər çalışan bütün kolleqa yoldaşlarınıza uğurlar və dövlətimizin dayağını daim qorumağı arzu edirəm.Gücümüz Birliyimizdir”.