27 İyul 2024 06:40

Millimizin oyunlarının başlama saatları açıqlandı

Azadsöz.az xəbər verir ki, Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi iki oyunun başlanma saatı müəyyənləşib.

Bu barədə AFFA-nın saytı məlumat yayıb. Yığmanın oktyabrın 8-də Finlandiya, oktyabrın 12-də isə Xorvatiya ilə matçları saat 20:30-da başlayacaq.

Hər iki oyun Sumqayıtdakı “Kapital Bank Arena”da olacaq.