18 May 2024 16:55

Tanınmış bloger Ramin Musayev “Naigin K Tovuz Baltiya” şirkətinin qonağı olub-FOTO

Azadsöz.az xəbər verir ki, “Made in Azerbaijan” markası ilə öz rəqabətə davamlı və keyfiyyətli məhsullarını beynəlxalq bazarlarda tanıdaraq, yüksək peşəkarlıqla satışını həyata keçirən “Naigin K Tovuz Baltiya” şirkətinin qonağı tanınmış bloger Ramin Musayev olub.

“Naigin K Tovuz Baltiya” şirkətinin icraçı direktoru Günel Məmmədhəsənova bloger Ramin Musayevə  şirkətdə  istehsal olunan müxtəlif şərab və şərab məhsullarının  bar-miksologiya sahəsində istifadə qaydası və mövcud olan potensialı haqqında geniş məlumat verib.Həmçinin  qeyd  olunan  məhsulları dadım üçün təqdim olunub.Ramin Musayev ona  göstərilən  hörmət və ehtiramdan məmnun olduğunu  bildirib.

“Naigin K Tovuz Baltiya” şirkətinin icraçı direktoru Günel Məmmədhəsənova qonaqla bağlı  fikirlərini  sosial  hesabında  paylaşıb:

“Bizim tanınmış blogerlərimizdən biri, öz fikiri və yanaşması ilə bir çoxlarından seçilən və eyni zamanda xüsusi zövqə malik olan demək olar ki,Avto Nəqliyyat sahəsində ayrıca profili olan Ramin bəy bizim qonaqımız oldu.

Qonağımıza uģurlar və müvəffəqiyyətlər arzu edirəm.Hörmətli Ramin bəy hər zaman uğurlara imza atın. Sizi görmək çox xoş oldu”.

 

Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilir

Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir