Azadsöz.az xəbər verir ki, avqustun 10-dan 20-nə kimi nəzərdə tutulmuş peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbulunun müddəti 21 avqust saat 18:00-dək uzadılıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, peşə təhsili almaq istəyən şəxslər platforma vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum beş ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “Şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və “SMS” bildiriş vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur.